"Valensiya"nın baş məşqçisi: "Bakıdakı final haqqında danışmaq üçün çox tezdir"

14:00 - 19 Aprel 2019

"Oyunun ilk 30 dəqiqəsində yaxşı çıxış etdik. Həmin vaxt ərzində bir qol vurduq. Başqa şanslarımı da yarandı".

 

Sportal.az xəbər verir ki, bu sözləri İspaniyanın "Valensiya" klubunun baş məşqçisi Marselino Qarsiya Toral "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.  

 

Mütəxəssis nəticə üçün oynadıqlarını və Daniel Parexonun vurduğu ikinci qolla hər şeyin həll olunduğunu bildirib. Toral yarımfinalda qarşılaşacaqları İngiltərə "Arsenal"ı barədə də fikirlərini bölüşüb: "Arsenal" Çempionlar Liqasına getmək üçün mübarizə aparır, bizi yaxşı tanıyan baş məşqçiləri var. Ancaq bu mərhələdə hər şey ola bilər. Bakıdakı final haqqında danışmaq çox tezdir. Şübhəsiz ki, "Arsenal" turnirin favoritlərindəndir və böyük komandadır. Biz də klubun 100 illik yubileyində finalda oynamağı səbrsizliklə gözləyirik".

 

"Valensiya" ilk görüşdə "Vilyarreal"ı 3:1 hesabı ilə üstələyib. Yarımfinalda "Arsenal" - "Valensiya" və "Ayntraxt" - "Çelsi" görüşlər keçiiləcək. Bu mərhələnin ilk oyunları mayın 2-də, cavab qarşılaşmaları isə mayın 9-da olacaq.

 

Qeyd edək ki, final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Xəbər xətti