"Qəbələ"də ciddi itki

17:29 - 19 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə"ni qəbul edən "Qəbələ" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Dmitri Bezotosnı zədələnib. İlk hissənin son dəqiqələrində sağ ayağını yerə basarkən zədələnən ukraynalı qapıçı əvəzlənməli olub. Meydanı ağrılarla tərk edən 35 yaşlı əlcək sahibinin əvəzinə meydana qış fasiləsində "Zirə"dən transfer edilən Anar Nəzirov daxil olub.

 

Zədəsi ciddi görünən Bezotosnının cari mövsümün son turlarını buraxacağını ehtimal etmək olar.

Xəbər xətti