Samir Abasov: "Kimlərlə yolları ayıracağımızı bildik"

20:04 - 19 Aprel 2019

Azərbaycan Premyer Liqasnın 25-ci turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Samir Abasov oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis çempionatda medal şanslarını itirdiklərini deyib:

 

"Məncə, bu günkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itiridk. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, bura "Qəbələ"yə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu. Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik". 

Xəbər xətti