"Qalatasaray" sabiq "Beşiktaş"lını transfer edir

14:52 - 20 Aprel 2019

Qış fasiləsində "Beşiktaş"dan İngiltərnin "Fulhem" klubuna keçən Rayan Babel yenidən Türkiyəyə qayıda bilər.

 

Sportal.az "Hürriyet"ə istinadən xəbər verir ki, Hollandiya millisinin üzvü "Qalatasaray"la anlaşa bilər. İstanbul təmsilçisi 32 yaşlı vingerə illik 2,5 milyon avroluq maaş təklif edib. Babel "sarı-qırmızılar"da oynamağa müsbət yanaşır və təklifi qəbul edib. Futbolçunun agenti Super Liqa klubunda 2 milyon avro imza pulu istədiyi üçün danışıqlarda yubanma var.

 

Qeyd edək ki, Babel 2017-2019-cu illərdə "Beşiktaş"da çıxış edib.

Xəbər xətti