"Qəbələ" Bəhlulun transferi üçün "Seltik"dən təklif alıb? - Klubdan açıqlama

15:15 - 20 Aprel 2019

Böyük Britaniyanın "Daily Record" nəşri Şotlandiya nəhəngi "Seltik"in "Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə ilə maraqlandığı barədə xəbər yayıb.

 

"Qəbələ"nin menceri Səbuhi Səfiyarlı Sportal.az saytına açıqlamasında Qlazqo klubundan Azərbaycan millisinin üzvünə görə təklif almadıqlarını deyib: "Klubumuza rəsmi təklif olmayıb. Elə mən də bu xəbəri mətbuatdan oxumuşam. Bəhlula zəng etdim maraqlandım və dedi ki, xəbərim yoxdur, mətbuatda görmüşəm".

 

Qeyd edək ki, xəbərdə "Seltik"in 22 yaşlı müdafiəçini yay toplanışına dəvət edəcəyi və özünü yaxşı tərəfdən göstərəyi halda müqavilə imzalanacağı vurğulanmışdı.

Xəbər xətti