Premyer Liqada ilin futbolçusu kim seçiləcək? - 6 namizəd

16:05 - 20 Aprel 2019

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası Premyer Liqada  2018/19 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bu ad uğrunda 6 futbolçu yarışacaq.

 

Siyahıda "Mançester Siti"dən Serxio Aquero, Bernardu Silva, Rahim Sterlinq, "Liverpul"dan Vircil van Daykla Sadio Mane və "Çelsi"dən Eden Hazard var.

 

İlin ən yaxşı gənc futbolçusu adına Trent Aleksander-Arnold ("Liverpul"), Devid Bruks ("Bornmut"), Markus Reşford ("Mançester Yunayted"), Deklan Rais ("Vest Hem"), Bernardu Silva və Rahim Sterlinq (hər ikisi "Mançester Siti" namizəddir.

Xəbər xətti