Emil Balayev qapısını toxunulmaz saxladı, "Tobol" büdrədi

17:08 - 20 Aprel 2019

Qazaxıstan çempionatında VI turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” evdə “Jetısu” ilə  0:0 hesablı heç-heçə edib.

 

Emil 90 dəqiqə meydanda olub.

 

“Tobol” hazırda 16 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Bir oyun çox keçirən "Astana" 19 xalla liderdir.

Xəbər xətti