Dadaşov 90 dəqiqə oynadı, komandası qalib gəldi

12:36 - 21 Aprel 2019

Almaniya 3-cü Liqasında 34-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” evdə “Zonnenhof Qrossaşpax”ı 1:0 hesabı ilə məğlub edib.

 

Rüfət start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

 

Münster təmsilçisi turnir cədvəlində 48 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti