"Qvardiola Messisiz Çempionlar Liqasını qazanmayacaq"

14:56 - 21 Aprel 2019

Hollandiya futbolunun əfsanələrindən olan Ruud Qullit İngiltərə "Mançester Siti" klubunun Çempionlar Liqasındakı uğursuz çıxışından danışıb.

 

Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın "Barselona"nın ulduzu Lionel Messisiz ÇL-i qazanmasının mümkün olmadığını deyib: "Qvardiola "Barselona"da Messiylə 2 dəfə Çempionlar Liqasını qazandı. Pep bir də ÇL-i qazanmayacaq, çünki heyətində Lionel Messi yoxdur. Messi böyük fərq yaradan futbolçudur. Münhen "Bayern"i ilə də uğursuz oldu. Hər dəfə yarımfinala qədər gəldi, ancaq heç vaxt qazana bilmədi. "Barselona"da sıxıntı olan kimi, Messi xilaskar olurdu. Qvardiolanın uğurlarında Messinin böyük payı var".

 

Qullit Qvardiolanın "Mançester Siti"də çalışmasına üzüldüyünü deyib: "Böyük pullar qarşılığında klub qurmaq uğur qazanmaq demək deyil. Qvardiola üçün çox üzülürəm. Çünki o, futbolu ürəklə sevən adamdır".

Xəbər xətti