Vanda Nara: "İkardi "İnter"də qalacaq"

15:18 - 21 Aprel 2019

"İnter"in hücumçusu Maurio İkardinin xanımı və agenti Vanda Nara açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Nara argentinalı hücumçunun Milan klubundan ayrılmayacağını deyib: "İkardi "İnter" üçün qol vurmağa davam edəcək. İndi arxa planda qalıb və ailəsindən güc alır. Mauronun klubda hər kəslə münasibəti yaxşıdır. İkardi gələn mövsüm də "İnter" forması geyinəcək". 

 

Qeyd edək ki, 26 yaşlı forvard "İnter"də 214 oyuna 123 qol vurub, 28 assist edib.

Xəbər xətti