Bundesliqa klubunda baş məşqçi istefası

16:12 - 21 Aprel 2019

Almaniyanın "Ştutqart" klubu baş məşqçisi Markus Vaynzrili istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, "Ştutqart"ın Bundesliqanın 30-cu turunda "Auqsburq"a 0:6 hesabı ilə uduzmasından sonra klub rəhbərliyi bu qəraı verib. Komandanı mövsümün sonuna kimi U-19 komandanın baş məşqçisi Niko Villinq çalışdıracaq.

 

"Ştutqart" Bundesliqanın turnir cədvəlində 21 xalla 16-cı yerdə qərarlaşıb.

Xəbər xətti