Anri Amerikaya yollanır

16:50 - 21 Aprel 2019

Fransanın "Monako" klubunun baş məşqçi postundan istefaya göndərilən Tyerri Anrinin işsiz günləri başa çatmaq üzrədir.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, fransız mütəxəssis Amerikada çalışa bilər. 41 yaşlı mütəxəssis MLS təmsilçisi "Nyu-York Red Bull"la danışıqlar aparır. Məlumata görə, tərəflər anlaşmaq üzrədir.

 

Anri 2010-2014-cü illərdə "Nyu-York Red Bull"da çıxış edib. O, bu klubda 135 oyunda 52 qol vurmuşdu.

Xəbər xətti