"Everton" "Mançester Yunayted"i darmadağın etdi - VİDEO

18:48 - 21 Aprel 2019

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Everton" evdə "Mançester Yunayted"ə 4:0 hesabı ilə qalib gəlib.

 

Premyer Liqanın turnir cədvəlinə 86 xalla ehtiyatda bir oyunu olan "Mançester Siti" başçılıq edir. "Liverpul" 85 xalla 2-ci, "Tottenhem" 67 xalla 3-cüdür. "Arsenal"la "Çelsi" 66 xalla 4-5-ci yerləri bölüşürlər. "Mançester Yunayted" 64 xalla 6-cı, "Everton" 49 xalla 7-ci yerdə qərarlaşıb.

 

"Everton" - "Mançester Yunayted" - 4:0

Qollar: Rişarlison, 13, Siqurdsson, 28, Luka Din, 56, Teo Uolkott, 64

 

 

 

Xəbər xətti