"Liverpul"dan səfər qələbəsi - VİDEO

21:07 - 21 Aprel 2019

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Liverpul" səfərdə "Kardiff Siti"yə 2:0 hesabı ilə qalib gəlib.

 

Premyer Liqanın turnir cədvəlinə 88 xalla "Liverpul" başçılıq edir. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 86 xalla 2-ci, "Tottenhem" 67 xalla 3-cüdür. "Arsenal"la "Çelsi" 66 xalla 4-5-ci yerləri bölüşürlər. "Mançester Yunayted" 64 xalla 6-cıdır. 31 xalı olan "Kardiff Siti" 17-ci sırada qərarlaşıb.

 

"Kardiff Siti" - "Liverpul" - 0:2

Qollar: Corcino Veynaldum, 56, Ceyms Milner, 81 (pen.)

 

Xəbər xətti