34 il sonra Yunanıstan çempionu oldu

22:04 - 21 Aprel 2019

Yunanıstan Super Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, PAOK evdə "Levadiakos"u 5:0 hesabı ilə məğlub edib.

 

Bu qələbə ilə xallarını 77-yə çatdıran Saloniki təmsilçisi sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Razvan Luçeksunun kollektivi 2-ci yerdə gedən "Olimpiakos"u 5 xal qabaqlayır.

 

PAOK 1984/85 mövsümündən sonra ilk dəfə Yunanıstan Super Liqasının qalibi olub. Klub tarixi ərzində 3-cü dəfə ölkə çempionluğunu qazanıb.

Xəbər xətti