Qvardiola: "Tarixin ən yaxşı "Liverpul"u ilə mübarizə aparırıq"

12:51 - 22 Aprel 2019

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada çempionluq yarışından danışıb.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis titul üçün tarixin ən yaxşı "Liverpul"u ilə mübarizə apardıqlarını deyib: "Çempionluq bizdən asılıdır. Hər gün bu klub üçün çalışırıq. Sona qədər mübarizə aparacağıq. Tarixin ən yaxşı "Liverpul"u ilə mübarizə aparırıq. Həyatımda gördüyüm ən yaxşı komandalardan biridir. Bundan sonra xal itirməmək lazım olduğunu bilirik. Son on ayda hər üç gündən bir oyuna çıxırıq".

 

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlinə 88 xalla "Liverpul" başçılıq edir. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 86 xalla 2-cidir.

Xəbər xətti