Fərid Nəbiyevdən dubl, "Slaviya" 6 qolla qalib gəldi

15:29 - 22 Aprel 2019

Çexiya Gənclər Liqasında pley-off mərhələsinin IV turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” klubu öz meydanında “Çeske Budejovice” ilə qarşılaşıb. 

 

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb. Praqalılar rəqibinin qapısından 6 cavabsız top keçirib. Qarşılaşma Nəbiyev üçün də uğurlu alınıb. O, qələbəyə 2 qolla töhvə verib. “Qəbələ Futbol Akademiyası”nın yetirməsi komandasının 1-ci və 4-cü qollarının müəllifi olub. Fərid 68-ci dəqiqədə Kristian Trapanovski ilə əvəzlənib. 

 

Qeyd edək ki, bununla da yarımmüdafiəçi vurduğu qolların sayını 17-ə çatdırıb. 19 yaşlı futbolçu həm pley-off mərhələsinin, həm də çempionatın bombardiridir.

Xəbər xətti