Marselodan ayrılıq iddialarına cavab

16:16 - 22 Aprel 2019

Braziliyalı futbolçu Marselo mövsümün sonunda "Real"dan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Madrid klubunda xoşbəxt olduğunu dilə gətirib: "Real"dan ayrılmaq? Bu barədə danışmağa lüzum yoxdur. Hər kəs bu formanı geyəndə nə qədər xoşbəxt olduğumu bilir. "Real" mənim evimdir. Oynamadığım matçlarda da komanda yoldaşlarıma tam dəstək olmuşam".

 

Qeyd edək ki, Marselonun "Real"la müqaviləsi 2020-ci ilə qədərdir. O, cari mövsüm 30 oyuna 3 qol vurub, 6 assist edib.

Xəbər xətti