Vüqar Nadirov qol vurdu, komandası Region Liqasında finala yüksəldi

17:45 - 22 Aprel 2019

Region Liqasında yarımfinal mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, Sumqayıtın "Uğur" klubu Binə qəsəbə stadionunda "Araz Naxçıvan"la qarşılaşıb.

 

Görüş "Uğur"un 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Bu nəticəylə sumqayıtlılar finala adlayıb. Komandanın qollarına Anar Ağayev, Ülvi Quliyev və Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov imza atıb. Nadirov meydanın mərkəzindən topu qapıdan keçirərək, baxımlı qola imza atıb.

 

"FC Baku" - "Şahdağ" görüşü isə təxirə salınıb. Region Liqasının 2-ci pley-off mərhələsi çərçivəsində aprelin 6-da keçirilmiş “Füzuli” – “FC Baku” (ilk oyun 1:1, cavab oyunu 0:1) oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya məlumat daxil olduğu üçün belə qərar verilib. 

Xəbər xətti