Eriksen "Tottenhem"ə qələbə qazandırdı VİDEO

00:39 - 24 Aprel 2019

İngiltərə Premyer Liqasının 33-cü turunda təxirə salınmış matçında "Tottenhem" "Brayton"u qəbul edib.

 

Sportal.az xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Kristian Eriksen London klubuna 3 xal qazandıran qola imza atıb.

 

Premyer Liqada turnir cədvəlinə 88 xalla "Liverpul" başçılıq edir. Bir oyunu ehtiyatda olan "Mançester Siti" 86 xalla 2-cidir. "Tottenhem" 70 xalla 3-cü "Çelsi" 67 xalla 4-cüdür. 34 xalı olan "Brayton" 17-ci sırada qərarlaşıb.

 

"Tottenhem" - "Brayton" - 1:0

Qol: Eriksen, 88

 

 

 

Xəbər xətti