Azərbaycan klubunda üsyan: "Hamıya "atış" gələrək komanda qurmaq istəyirlər"

11:52 - 24 Aprel 2019

AFFA-nın təşkil etdiyi U-15 liqasında çıxış edən "Xilə" klubundan ayrılan Əli Məmmədov Sportal.az saytına açıqlama verib.

 

Mütəxəssis klub rəhbərliyinin məşqçilərə borclu olduğunu və 3 ay məvaciblərin verilmədiyini deyib:

 

"Sonuncu dəfə "Xilə"nin U-15 komandasında baş məşqçi işləmişəm. İlk dövrə bitəndən sonra yanvarın 7-də toplandıq. Ancaq klub rəhbərliyi səbəb demədən bizimlə yolları ayırdı. Məşqçini işdən çıxarmamışdan öncə xəbərdarlıq etmək lazımdır. Üstəlik, mənimlə birgə işdən çıxarılan şəxslərin də əmək haqqlarını vermirlər, mənimsəyirlər. Əvvəlcə verəcəklərini deyib, 1-2 ay uzatdılar. İndi də mövsümün sonudur, deyirlər ki, başqalarının borcunu bağlasaq, sizə də növbə çatacaq. Bu da bilinmir nə vaxt olacaq. Təsəvvür edin ki, 1 ildir ki, fotoqrafa borcludurlar, pulunu vermirlər. Bunlar belə insanlardır, hamıya "atış" gələrək, pul mənimsəyərək, komanda qurmaq istəyirlər. İstəyirəm ki, futbol ictimaiyyəti bunları tanısın. "Xilə"ni respublika yarışlarına da buraxmasınlar. O rəhbərliyin altında olacaq komandaların yarışlarda iştirakına icazə verilməsin. Onlar adam aldatmaqla məşğuldurlar. 7 ay işləmişik, 3 ay maaşımız qalıb. Allah onların bəlasını versin".

 

Klub rəhbəri Ramil Kərimli isə açıqlamasında məşqçilərin və digər işçilərin maaşlarını artıqlaması ilə verdiyini deyib.

Xəbər xətti