Poçettino: "Eriksenlə müqaviləni uzadacağıq"

"Tottenhem"in baş məşqçisi gələn mövsümün sonunda klubla müqaviləsi başa çatacaq Kristian Eriksenin gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis Danimarka millisinin üzvüylə yeni müqavilə imzalayacaqlarına ümid etdiyini deyib: 

 

"Eriksen özəl insandır. Məncə, hamımız fərqli insanlarıq. İndi zaman Eriksenin xeyrinə işləyir. Klub Kristianla yola davam etmək istəyir. Fikrimcə, Eriksen də klubda qalmaq istəyir. Hazırda danışıqlar gedir və nələr olacağını görəcəyik. Düşünürəm ki, Eriksenlə müqaviləni uzadacağıq. Ancaq biz hazırda mövsümü ən yaxşı şəkildə bitirməyə köklənmişik".

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks"dan "Tottenhem"ə keçib.

Tarix: 24 Aprel [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 May 2019
22  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio