Premyer Liqanın 26-cı turunu 8 futbolçu buraxacaq

14:30 - 24 Aprel 2019

Həftəsonu Azərbaycan Premyer Liqasında 26-cı turun görüşləri reallaşacaq.

 

Sportal.az xəbər verir ki, hesabat turunu cəza səbəbindən 8 futbolçu buraxacaq.

 

"Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" matçında meydan sahiblərindən Mamadu Mbodj cəzalıdır. Qonaqlarda isə Xəyal Nəcəfov sarı vərəqə limitini doldurub.

 

"Səbail"in müdafiəçisi Tome Kitanovski ötən tur "Sumqayıt"la oyunda iki sarı vərəqə aldığı üçün "Qəbələ" ilə ev qarşılaşmasını buraxacaq. "Qəbələ"də isə Elvin Camalov sarı vərəqə limitini doldurub.

 

"Sabah"ın iki futbolçusu - Məqsəd İsayevlə Filip İvanoviç cəza səbəbindən evdə keçiriləcək "Keşlə" ilə oyunda meydana çıxmayacaq. "Keşlə"də isə Con Kamara cəzalı duruma düşüb. Bundan əlavə, komandanın baş məşqçisi də cəza üzündən texniki zonada yer almayacaq.

 

"Qarabağ"ı qəbul edəcək "Zirə"də isə Orxan Sadıqlı cəzalıdır.

 

Turun görüşləri aprelin 27-də reallaşacaq

Xəbər xətti