Babel: "İlk seçimim Premyer Liqadır"

15:50 - 24 Aprel 2019

Mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşən "Fulhem"dən ayrılacaq Rayan Babeli transfer etmək istəyən klublar artmaqdadır.

 

Sportal.az xəbər verir ki, "Fulhem" 32 yaşlı vingerə 2 illik müqavilə təklif edib. Bundan əlavə, Çempionşipin lideri "Norviç Siti" və Premyer Liqa təmsilçisi "Nyukasl" da Babeli hədəfə alıb.

 

Hollandiya millisinin üzvünü transfer etmək istəyən klublar arasında "Qalatasaray"la "Fənərbaxça" da var.

 

Babel açıqlamasında Premyer Liqada qalmaq istədiyini deyib: "Premyer Liqada oynamaq xoşuma gəlir. AÇ-2020-də çıxış etmək üçün üst səviyyədə oynamalıyam. Premyer Liqada qalsam, möhtəşəm olacağını bilirəm. İlk seçimim Premyer Liqadır. Ancaq indi dəqiqləşən nəsə yoxdur".

 

Babel qış fasiləsində "Beşiktaş"dan "Fulhem"ə keçib. O, 13 oyuna 4 qol vurub, 4 assist edib.

Xəbər xətti