Kapitan "Keşlə"dən gedir

15:58 - 24 Aprel 2019

Kamran Ağayevin zədələnməsindən sonra kapitanlıq bazubəndini qoluna keçirən "Keşlə"nin müdafiəçisi Slavik Alxasov gələcəyi ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi paytaxt klubu  ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq.

 

Alxasov Premyer Liqanın digər təmsilçisi "Səbail"lə danışıqlar aparır.

 

Qeyd edək ki, Slavik 2016-cı ildən "Keşlə"də çıxış edir.

Xəbər xətti