"Səbail" daha bir tanınmış futbolçunu alacaq

16:09 - 24 Aprel 2019

Qış fasiləsindən sonra Maykl Essyenlə müqavilə imzalamaqla səs-küylü transfer reallaşdıran "Səbail" daha bir ulduz futbolçu almaq istəyir.

 

Sportal.az xəbər verir ki, bunun üçün komanda avrokuboklara vəsiqə qazanmalıdır. Belə olan halda paytaxt təmsilçisi heyətinə karyerasının qürub çağlarını yaşayan daha bir oyunçunu cəlb edəcək. Bu işdə Essyenin də əməyindən yayrarlanılacaq.

 

Qana millisinin sabiq üzvü həmin oyunçunu "Səbail"ə gətirmək üçün çalışacaq.

Xəbər xətti