Azərbaycan millisinin üzvü üçün cari mövsümdə 5-ci baş məşqçi

16:50 - 24 Aprel 2019

Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi Türkiyənin “Girəsunspor” klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Ərkan Sözəri I Liqa təmsilçisinin yeni baş məşqçisi təyin edilib. O, bu postda Kemal Kılıçı əvəz edib. 52 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

 

Sözəri cari mövsüm "Girəsunspor"un "sükanı arxası"na keçən 5-ci baş məşqçi olub.

 

“Girəsunspor” I Liqada 30 turdan sonra 29 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti