Paşayev 90 dəqiqə oynadı, komandası qalib gəldi

10:52 - 25 Aprel 2019

Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” evdə “Mariupol”a 2:1 hesabı ilə qalib gəlib.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Aleksandriya” ilk altılıqda 47 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti