"İnter"dən İkardiylə bağlı yeni qərar

11:55 - 25 Aprel 2019

İtaliyanın "İnter" klubu hücumçusu Mauro İkardiylə bağlı yeni qərar verib.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi argentinalı futbolçunu satmağa razıdır. "Göy-qaralar" 26 yaşlı hücumçu üçün ən azı 70 milyon avro tələb edir.

 

İkardinin adı PSJ və "Yuventus"la hallanır.

 

Argentina millisinin üzvü "İnter"də 214 oyuna 123 qol vurub, 28 assist edib.

Xəbər xətti