"Barselona" Vidala yeni müqavilə təklif etdi

13:54 - 25 Aprel 2019

Arturo Vidalla bağlı şayiələrə son qoyulmaq üzrədir. 

 

Sportal.az xəbər verir ki, "Barselona" rəhbərliyi təcrübəli futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Kataloniya klubu 31 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddətini 2022-ci ilin yayına qədər uzadacaq. 

 

"Barselona"da ötən ildən oynayan futbolçu ilə İtaliyanın "İnter" klubu yaxından maraqlanır. Hazırkı klubu çilili futbolçunun İtaliyaya qayıda biləcəyindən ehtiyatlanaraq ona yeni təklif irəli sürüb.

 

Qeyd edək ki, Vidal "Barselona"ya Almaniyanın "Bavariya" klubundan keçib.  

Xəbər xətti