"Latsio"nun ulduzu "Yuventus"un hədəfində

17:00 - 25 Aprel 2019

"Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviç keryerasını "Yuventus"da davam etdirə bilər.

 

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, keçən yay Roma klubu böyük məbləğ tələb etdiyi üçün baş tutmayan keçid bu dəfə reallaşa bilər. Buna səbəb kimi serbiyalı yarımmüdafiəçinin mövsümü o qədər də yüksək səviyyədə keçirməməsi göstərilir. İddiaya görə, "Yuventus" Xuan Kuadrado və müəyyən məğləğdə pul ödəyərək, 24 yaşlı futbolçunu heyətinə qatmağa çalışacaq.

 

Milinkoviç-Saviç bu mövsüm A Seriyasında 30 matçda 4 qol vurub.

Xəbər xətti