Azərbaycan millisinin rəqibi yoxlama görüşü keçirəcək

17:50 - 25 Aprel 2019

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Xorvatiya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

 

Sportal.az Xorvatiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, "damalılar" III Liqada çıxış edən yerli "Omiş" klubu ilə qarşılaşacaq. Klubun 100 illik yubileyi münasibətilə təşkil olunacaq qarşılaşma mayın 31-də keçiriləcək. 

 

Xorvatiyanın seçmə mərhələdə növbəti oyunu iyunun 8-də Uelsə qaşrı olacaq. Komanda bundan 3 gün sonra Tunislə yoldaşlıq matçında üz-üzə gələcək.

Xəbər xətti