Poqba "Mançester Yunayted"dən ayrılır: "Real"a görə

18:37 - 25 Aprel 2019

"Mançester Yunayted"in ulduz futbolçusu Pol Poqbayla bağlı yeni iddia yayılıb.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadəm xəbər verir ki, Fransa millisinin üzvü "Mançester Yunayted"dən ayrılmağa qərar verib. 26 yaşlı yarımmüdafiəçi Madridin "Real" klubuna keçmək üçün bu qərara gəlib. Məlumatda "qırmızı şeytanlar"ın sərfəli təklif alması halında, Poqbanı satacağı vurğulanıb. "Real" Poqba transferi üçün ən azı 150 milyon avro xərcləməlidir.

 

Fransız futbolçunun "Mançester Yunayted"lə 2021-ci ilə kimi müqaviləsi var. Poqba cari mövsüm 43 oyuna 16 qol vurub, 11 assist edib.

Xəbər xətti