Stiven Cerrard "Qəbələ"nin futbolçusuna göz dikdi

10:44 - 26 Aprel 2019

Şotlandiyanın "Seltik" klubunun maraq dairəsinə düşdüyü iddia edilən "Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə ilə bağlı Böyük Britaniya mətbuatında daha bir iddia ortaya atılıb.

 

Sportal.az rangersnews.uk-a istinadən xəbər verir ki, Şotlandiyanın digər klubu "Reyncers" də Azərbaycan millisinin üzvüylə maraqlanmağa başlayıb. "Liverpul"un əfsanəsi Stiven Cerrardın baş məşqçi olduğu komanda 22 yaşlı mərkəz müdafiəçini əzəli rəqibi "Seltik"dən "oğurlamaq" fikrindədir.

 

Xəbərdə "Qəbələ"də çıxış etmiş Endi Hallideyin Bəhlulu "Reyncers"ə keçməyə razı salmağa çalışacağı da vurğulanıb.

 

Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, cari mövsüm Premyer Liqada 21 oyun (1737 dəqiqə) keçirib.

 

Xəbər xətti