"Sabah"dan rəsmi transfer

12:39 - 26 Aprel 2019

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı qapıçı Dmitri Bezruk paytaxt klubunun uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə bağlanıb.

 

Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub. 

 

Bezruk "Sabah"da 32 nömrəli formada çıxış edəcək.

Xəbər xətti