Elxan Məmmədov: "Millinin qapıları Ayaz Quliyevin üzünə açıqdır"

15:47 - 26 Aprel 2019

AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın "Spartak" komandasında çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevin Azərbaycan millisində çıxış etməsi ehtimalından danışıb.

 

Sportal.az "sportsdaily.ru"ya istinadən xəbər verir ki, federasiya rəsmisi 22 yaşlı yarımmüdafiəçiyə yığmanın qapılarının açıq olduğunu deyib: "Biz yaxşı tanışıq. Bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millinin qapıları Ayazın üzünə açıqdı. Amma belə görünür ki, o, taleyini Rusiya millisinə bağlamaq istəyir. O ki qaldı Ayazın bir neçə gün əvvəl iştirakçısı olduğu insidentə, o, belə emosional hərəkətlərə yol verməməlidir". 

 

Qeyd edək ki, Ayaz Quliyev Moskvanın "Spartak" klubunun yetirməsidir.

Xəbər xətti