Bakıda keçiriləcək finalın büdcəsi açıqlandı

16:14 - 26 Aprel 2019

Bakıda keçiriləcək Avropa Liqasının finalının büdcəsi açıqlanıb.

 

Sportal.az "RIA Novosti"yə istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov rusiyalı jurnalistlərə açıqlamasında büdcə barədə məlumat verib. "Avropa Liqasının finalına hazırlıq işlərinə gəlincə, təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbiri xərclərinə kifayət edəcək", - deyə Məmmədov bildirib.

 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti