PSJ "Mançester Yunayted"in futbolçusu ilə razılığa gəldi

17:58 - 26 Aprel 2019

PSJ mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi bitəcək Ander Herrera ilə anlaşma əldə edib.

 

Sportal.az "RMC Sports"a istinadən xəbər verir ki, Paris klubu ispaniyalı yarımmüdafiəçi ilə müqavilənin şərtlərində razılaşıb. 29 yaşlı futbolçu Fransa klubu ilə 5 illik müqavilə bağlamaq istəyir. Ancaq ona 4 illik müqavilə təklif edilib. Tərəflərin bu məsələdə də anlaşacağı xəbərdə qeyd edilib.

 

İspaniya "Saraqosa"sının akademiyasında yetişən Herrera 2011-ci ildə 7,5 milyon avroya Bilbao "Atletik"inə keçmişdi. 2014-cü ildə "Mançester Yunayted" futbolçunu 36 milyon avro qarşılığında transfer etmişdi.

 

Herrera bu mövsüm 26 oyuna 3 qol vurub, 3 assist edib.

Xəbər xətti