"Liverpul"dan 5 cavabsız qol VİDEO

01:01 - 27 Aprel 2019

İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Liverpul" evdə "Haddersfild"ə 5:0 hesabı ilə qalib gəlib.

 

Premyer Liqanın turnir cədvəlinə 91 xalla "Liverpul" başçılıq edir. Bir oyun az keçirən "Mançester Siti" 89 xalla 2-cidir. "Haddersfild" 14 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

 

"Liverpul" - "Haddersfild" - 5:0

Qollar: Nəbi Keyta, 1, Sadio Mane, 23, 66, Məhəmməd Salah, 45, 83

 

 

 

 

Xəbər xətti