"Səbail" - "Qəbələ": 10-cu duel

11:56 - 27 Aprel 2019

"Qəbələ" Topaz Premyer Liqasında 26-cı turunda mükafatçılar sırasına düşmək uğrunda mübarizədə əsas rəqibi olan “Səbail”lə görüşəcək.

 

Sportal.az xəbər verir ki, Bakı təmsilçisinin meydanında keçiriləcək qarşılaşma rəqiblərin 10-cu dueli olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn “Qəbələ” və “Səbail” indiyədək 9 dəfə görüşüb. Daha çox - 6 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 18:8. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub. Famussa kone və Ceyms Adeniyi hərəyə üç dəfə fərqlənib.

 

8-ci dəfə Premyer Liqada görüşəcək “Qəbələ” və “Səbail” çempionatda 7 dəfə üz-üzə gəlib. 4 qələbə qazanan komanda heç-heçə edib və 1 dəfə uduzub. 13 qol vuran “qırmızı-qaralar” 6 top buraxıb.

 

Xatırladaq ki, “Səbail” - “Qəbələ” görüşü saat 17:30-da başlayacaq.

Xəbər xətti