Emil Balayev oynadı, "Tobol" ilk məğlubiyyətini "Astana"dan aldı VİDEO

20:03 - 27 Aprel 2019

Qazaxıstan Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" Roman Qriqorçukun çalışdırdığı "Astana"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. "Tobol" oyunda hesabı açan tərəf olsa da, fasilədən sonra 2 qol buraxıb və uduzub - 1:2. Bu, "Tobol"un cari mövsümdə ilk yenilgisi olub.

 

Emil Balayev ötən turlarda olduğu kimi, 90 dəqiqə meydanda olub.

 

Premyer Liqada turnir cədvəlinə 22 xalla bir oyun çox keçirən "Astana" başçılıq edir. "Tobol" və "Kayrat" 16 xalla 2-3-cü yerləri bölüşürlər. 

 

Xəbər xətti