Milli üzvündən məhsuldar ötürmə

11:53 - 28 Aprel 2019

Türkiyə 1-ci liqasında 31-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” səfərdə “Qazişəhər Qaziantep”lə 2:2 hesablı heç-heçə edib.

 

Start heyətdə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi fasilədə əvəzlənib. Kökcü komandasının vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi olub.

 

“Girəsunspor” 30 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti