Vüqar Əsgərovla Tural Bayramlı 90 dəqiqə oynadı

15:32 - 28 Aprel 2019

Latviya çempionatında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə “Yelqava”ya 0:1 hesabı ilə uduzub.

 

Vüqarla Tural start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar. Elvinin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

“Dauqavpils” 10 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti