"Fənərbaxça" Şkrtelin alternativini İtaliyada tapdı

18:52 - 28 Aprel 2019

Mövsümün sonunda Martin Şkrtellə yolları ayıracağı gözlənilən "Fənərbaxça" "Milan"ın müdafiəçisi Kristian Zapata üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun idman direktoru Damien Komolli mövsümün sonunda azad agent statusu olacaq kolumbiyalı futbolçunun agentliyini edən şirkətin rəhbəri Massimo İtaliani ilə görüşüb. 32 yaşlı futbolçu ilə Braziliyanın "Flamenqo" klubu da maraqlanır.

 

Zapata bu mövsüm 19 oyuna 1 qol vurub.

Xəbər xətti