"Lester Siti" "Arsenal"ı darmadağın etdi VİDEO

17:06 - 28 Aprel 2019

İngiltərə Premyer Liqasında 36-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Arsenal" səfərdə "Lester Siti"yə 0:3 hesabı ilə uduzub.

 

Premyer Liqanın turnir cədvəlinə 91 xalla "Liverpul" başçılıq edir. Bir oyun az keçirən "Mançester Siti" 89 xalla 2-ci, "Tottenhem" 70 xalla 3-cü, "Çelsi" 67 xalla 4-cü, "Arsenal" 66 xalla 5-ci, "Mançester Yunayted" 64 xalla 6-cıdır. 51 xalı olan "Lester Siti" 8-ci sırada qərarlaşıb.

 

"Lester Siti" - "Arsenal" - 3:0

Qollar: Yuri Tilemans, 59, Ceymi Vardi, 86, 90

Qırmızı vərəqə: Eynzli Meytlend-Naylz, 36 ("Arsenal")

 

 

 

Xəbər xətti