Hazard yeni klubunun adını açıqladı

17:29 - 28 Aprel 2019

Almaniyanın Münhenqladbax "Borussiya"sında çıxış edən Torqan Hazard yeni klubunun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü Dortmund "Borussiya"sı ilə anlaşdığını deyib: "Dortmund "Borussiya"sı görüşdüyüm klubdur. Artıq müqavilənin detallarında razılaşdıq. İndi isə klublar anlaşmalıdır".

 

Torqanın Münhenqladbax "Borussiya"sı ilə müqaviləsi 2020-ci ilə qədərdir. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Bundesliqada 30 oyuna 9 qol vurub, 10 assist edib.

Xəbər xətti