12 il sonra Premyer Liqaya qayıtdı

17:35 - 28 Aprel 2019

İngiltərə Çempionşipindən Premyer Liqaya vəsiqə qazanan növbəti klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, çempionatın 45-ci turunda "Lids Yunayted" evdə "Aston Villa" ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra "Şeffild Yunayted" 2-ci pillədəki yerini qarantiləyib və Premyer Liqaya yüksəlib.

 

"Şeffild Yunayted" 12 ildən sonra Premyer Liqada çıxış edəcək.

 

Daha öncə "Norviç Siti" Premyer Liqaya yüksəlmişdi. Sonuncu vəsiqə pley-off oyunlarından sonra bəlli olacaq.

Xəbər xətti