Dmitir Nazarov "Aue"yə qələbə qazandırdı VİDEO

17:53 - 28 Aprel 2019

Almaniyanın II Bundesliqasında 31-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu evdə "Bohum"u 3:2 hesabı ilə məğlub edib.

 

Oyuna ehtiyatda başlayan Nazarov 75-ci dəqiqədə meydana daxil olub. 29 yaşlı yarımmüdafiəçi 90+4-cü dəqiqədə penaltidən fərqlənməklə komandasına 3 xal qazandırıb.

 

Qeyd edək ki, xallarının sayını 36-ya çatdıran "Aue" 13-cüdür.

 

Xəbər xətti