Rüfət Dadaşovdan iki məhsuldar ötürmə

18:02 - 28 Aprel 2019

Almaniyanın III Bundesliqasında 35-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Ayntraxt Braunşveyq" klubu ilə 3:3 hesablı heç-heçə edib.

 

Dadaşov oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Rüfət "Proyssen"in ilk iki qolunda məhsuldar ötürmə müəllifi olub.

 

Münster təmsilçisi 49 xalla turnir cədvəlində 6-cıdır.

Xəbər xətti