Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

18:08 - 28 Aprel 2019

Çexiya Gənclər Liqasında pley-off mərhələsinin V turunun oyunları keçirilib.

 

Sportal.az xəbər  verir ki, Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” səfərdə “Karvina”nın qonağı olub. 

 

Qarşılaşmada hesabı 4-cü dəqiqədə qonaqlar Fərid Nəbiyevin sayəsində açıb. “Karvina” fasiləyə qədər iki qol vuraraq üstünlük əldə edib. “Slaviya” ikinci hissənin 5-ci dəqiqəsinə Vanekin qolu ilə status-kvonu bərpa edib. Matçda yekun hesabı millimizin üzvü müəyyənləşdirib. “Qəbələ Futbol Akademiyası”nın yetirməsi 76-cı dəqiqədə “Slaviya”ya qələbə qazandıran qolun müəllifi olub.  Beləliklə, görüş “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

 

Qeyd edək ki, Fərid Nəbiyev bu mövsüm vurduğu qolların sayını 19-a çatdırıb. 19 yaşlı futbolçu həm pley-off mərhələsinin, həm də çempionatın bombardiridir.

Xəbər xətti